• Lobyalı tortilya resepti

Reseptin məlumatları Baxış sayı: 31 171

Tarix : 26-05-2014, 10:58

Bölmə : Quru yeməklər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 kartof
4 yumurta
1 diş sarımsaq
4-5 göy soğan
1 x.q. bitki yağı
100 q ağ lobya konservi
50 q feta pendiri
1 çimdik quru rozmarin
duz
qara istiot

Hazırlanması:
Kartofu təmizləyib dilimləyin, üzərinə qaynar duzlu su töküb yumşalınca, 6-8 dəqiqə bişirin.
Sarımsağı təmizləyib əzin.
Göy soğanı yuyub xırda doğrayın.
Yumurtaları 2-3 x.q. su ilə çalın. Sarımsaq, göy soğan, rozmarin, duz, istiot əlavə edib qarışdırın.
Sobanı 200 dərəcə qızdırın.
Kartofun suyunu süzün. Yumurta qarışığı və lobya ilə qarışdırın.
Tavada yağı qızdırın. Qarışığı tavaya töküb 5-6 dəqiqə bişirin.
Fetanı xırdalayın, tortilyanın üzərinə səpin. Daha 6-7 dəqiqə, yumurtalar tam bişənədək ocağın üstə saxlayın. Sonra tavanı sobaya qoyun, 3-5 dəqiqə, üzəri qızarıncayadək bişirin.
Səliqə ilə hissələrə bölün. Süfrəyə yaşıl salatla verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: dəqiqə, bişirin, təmizləyib, istiot, üzərinə, töküb, rozmarin, qızdırın, qarışdırın, lobya, soğan, səpin, yumurtalar, bişənədək, saxlayın, ocağın, tortilyanın, xırdalayın, Tavada, qarışığı
BİZİ İZLƏYİN