• Ətli cücə plovu resepti

Reseptin məlumatları Baxış sayı: 16 009

Tarix : 6-07-2016, 20:00

Bölmə : Quru yeməklər / Aş - Plov

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
2 su stəkanı düyü
2.5 xörək qaşığı duz
2 4 / 5 su stəkanı toyuq ya da ət suyu
6.5 xörək qaşığı marqarin
3 orta soğan (kiçik küplər halında doğranmış)
500 qr yağsız quzu əti
1 çay qaşığı duz
təzə əzilmiş qara bibər
2 su stəkanı isti su

Hazırlanması:
Cücəni plov üçün hazırlayın.
Ət suyunu bir az qaynadıb, isti olaraq bir kənarda saxlayın.
Bir qazana marqarini qoyub, əridin.
Yağ qızınca soğanı əlavə edib , tez-tez qarışdıraraq, bir neçə dəqiqə, soğanlar qızarana qədər, bişirin.
Əti qatıb yenə hərdən bir qarışdıraraq, bir neçə dəqiqə daha bişirin və ətlər suyunu özünə çəkənə qədər bişirməyə davam edin.
Duz və bibərdə əlavə edin.
2 su stəkanı isti su əlavə edin.
Ocağın atəşini azaldın.
Ağır atəşdə, 10 dəqiqə daha, ətlər yumşalana qədər bişirin.
Ətlər suyunu özünü çəkincə isti ət suyunu qatıb, bir daha qızardın.
Ət suyu qaynar qaynamaz düyünü əlavə edin.
Təxminən 18-20 dəqiqə , ağır atəşdə , düyü ət- suyunu tamamilə çəkənə qədər bişirin.
Ətli plovu dəmlətdikdən sonra süfrəyə təqdim edə biərsiniz.

Nuş olsun!
Etiketlər: suyunu, qədər, əlavə, bişirin, dəqiqə, stəkanı, qaşığı, qatıb, atəşdə, ətlər, qarışdıraraq, xörək, çəkənə, azaldın, özünə, bişirməyə, atəşini, davam, bibərdə, Ocağın
BİZİ İZLƏYİN