• Buxara plovu resepti

Reseptin məlumatları Baxış sayı: 16 162

Tarix : 4-07-2016, 12:00

Bölmə : Quru yeməklər / Aş - Plov

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
2 su stəkanı düyü
2 xörək qaşığı kərə yağı
3 su stəkanı isti su və ya ət suyu
2 orta kök
100 qr fıstıq
1 çay stəkanı kişmiş
1 xörək qaşığı zeytunyağı
1 çay qaşığı duz

Hazırlanması:
Düyü isti duzlu suda 10 dəqiqə ıslatılıb saxlanılır.
Daha sonra kişmiş yuyunub ilıq suda 10 dəqiqə gözlədilir və süzülür.
Tavaya 1 xörək qaşığı zeytunyağı töküb fıstıq qovrulur.
Yuyulmamış soyulmuş kökləri kub şəklində doğrayıb fıstıqlara əlavə edilər bir çimdik duz atıb qızartdıqtan sonra kişmişləridə əlavə edilib altı söndürülür.
Düyü süzülür və yuyulur.
Kərə yağı qazana qoyulur əridikdən sonra düyü qatılır.
Bir neçə dəqiqə düyü qovrulur, suyu və duzu əlavə olunur.
Batıq atəşdə yavaş yavaş dəmlənərək bişirilir.
Plov suyunu çəkməyə yaxın qızaran qarnir üzərinə tökülüb qazanın qapağı bağlanır.
20 dəqiqə saxladıqdan sonra süfrəyə təqdim edilir.

Qeyd: plova 1 desert qaşığı şəkər tökə bilərsiniz. Həm düyüdə ki xam qoxunu götürür həmdə ləzzət qatır.

Nuş olsun!
Etiketlər: qaşığı, dəqiqə, sonra, xörək, əlavə, stəkanı, zeytunyağı, kişmiş, fıstıq, qovrulur, yavaş, süzülür, tökülüb, qazanın, saxladıqdan, bağlanır, qapağı, yaxın, bişirilir, dəmlənərək
BİZİ İZLƏYİN