• Tikə kababı resepti

Reseptin məlumatları Baxış sayı: 16 673

Tarix : 27-06-2016, 21:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Kabablar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4


Tərkibi:
Adam başına – 350 qram qoyun əti
Baş soğan – 1 ədəd
Cəfəri – 10 qram
Reyhan – 10 qram
Sumaq – 3 qram
Duz, istiot

Hazırlanması:
Tikə kabab üçün ətdən 35 – 40 qramlıq tikələr kəsib şişə taxırıq, üstünə duz səpilir və manqalda közərmiş kömür üzərində qızardılır.
Kömür alovlanmasın deyə ona duzlu su səpilir.
Ət şişə taxılan zaman həm yağlı həmdə yağsız tikələr götürülməlidir.
Əti bir qaydada qızarmasına fikir verilməlidir.
Tikə kababın bərabər qaydada qızarması üçün arabir çevirmək lazımdır.
Tikə kabab hazır olan kimi süfrəyə verilməlidir.
Tikə kababın üstünə halqavari soğan qoymaq lazımdır.
Bundan başqa tikə kababın yanına bir neçə dilim limon, yaxud narşərab, döyülmüş istiot və duz qoyulur.
Yay zamanı tikə kababın yanına 100 qram şişdə qızardılmış pomidorda əlavə etmək olar.

Nuş olsun!
Etiketlər: kababın, tikələr, kabab, yanına, səpilir, üstünə, istiot, lazımdır, verilməlidir, soğan, qaydada, bərabər, qoymaq, fikir, halqavari, süfrəyə, çevirmək, Bundan, hazır, qızarması
BİZİ İZLƏYİN