• Sobada toyuqla çöp siş resepti

Reseptin məlumatları Baxış sayı: 13 566

Tarix : 27-06-2016, 22:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Kabablar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4


Tərkibi:
Toyuğun döş əti – 1 ədəd
Göbələk – 4-5 ədəd
Bibər – 2 ədəd

Marinəsi üçün:
Sirkə- 2 x.q
Zeytun yağı- 1 x.q
Kəklikotu
Rozmari
Duz
Sarımsaq- 1diş
Soğan – 1 ədədin ¼-i

Hazırlanması:
Toyuğun döş əti nisbətən orta ölçülü kub formasında doğranılır və bir kasaya tökülür.
Marinə üçün nəzərdə tutulan ərzalar doğranmış toyuğun döş ətinin üzərinə əlavə edilərək yaxşı qarışdırılır və streç salafanla üzəri bağlanılıb 1 saat soyuducunun buzluğunda saxlanılır.
Bibərlər və göbələklər doğranılır. Marinə olunub yumşalmış toyuğun əti fotodakı kimi bibər, göbələk, soğan və ət şəklində şişə keçirilir.Soba 220 dərəcə tempraturda isidilir.
Toyuq şişləri istəyə uyğun şəkildə qızarana qədər sobada fırladılır. İsti-isti süfrəyə verilir.

Nuş olsun!
Etiketlər: Marinə, doğranılır, Toyuğun, toyuğun, bağlanılıb, fotodakı, bibər, göbələk, soğan, üzəri, yumşalmış, olunub, saxlanılır, soyuducunun, Bibərlər, şəklində, göbələklər, buzluğunda, keçirilir, sobada
BİZİ İZLƏYİN