• Aqe tofu resepti

Reseptin məlumatları Baxış sayı: 14 486

Tarix : 25-06-2014, 01:40

Bölmə : Quru yeməklər

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Tofu - 200 qr. (soyadan ibarət proteinlə zəngin ərzaq)
Buğda unu - 40 qr.
Soya sousu - 35 ml
Bitki yağı - 70 ml
Limon suyu - 15 ml
Küncüt yağı - ¼ ç.q.
Şəkər tozu - 10 qr.
Keşniş - 2 qr.
Qırmızı soğan - 7 qr.
Sarımsaq - 2 qr.
Çerri pomidoru - 3 ədəd

Hazırlanması:
Tofanı 2 düzbucaqlı hissəyə bölün.
Kağız salfetlə qurulayıb una bələyin.
Tavaya bol bitki yağı töküb tofanı qızılı qabıq formalaşana kimi qızardın.
Qızardılmış tofanı kağız salfetlərin üzərinə düzün ki, artıq yağı süzülsün.
Sous hazırlayın - 35 qr. soya sousu, 35 qr. bitki yağı, 15 qr. limon suyunu qarışdırın.
Ətir üçün bir neçə damcı küncüt yağı damcıladın.
Qalınmış qatışığa xırda-xırda doğranmış qırmızı soğan, 2 qr. doğranmış keşniş və 10 qr. şəkər tozu əlavə edib çalın.
Hazır sousa 2 qr. sürtgəcdən keçirilmiş zəncəfil və 2 qr. sürtgəcdən keçirilmiş sarımsaq əlavə edin.
Çerri pomidorlarını iki bölüb hazır sousa qatın.

Nuş olsun!
Etiketlər: soğan, bitki, sürtgəcdən, əlavə, Çerri, xırda, doğranmış, keçirilmiş, sousa, tofanı, sousu, küncüt, damcı, üzərinə, damcıladın, qarışdırın, düzün, süzülsün, Qalınmış, suyunu
BİZİ İZLƏYİN