• Qaşıq qulpu mantı resepti

Reseptin məlumatları Baxış sayı: 13 566

Tarix : 12-07-2016, 19:00

Bölmə : Quru yeməklər / Duzlu xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4


Tərkibi:
1 çay qaşığı duz
1 su stəkanı qatıq
3 yemək qaşığı labne pendiri
1 yemək qaşığı bibər pastası
3 yemək qaşığı duru yağ300 qr un
2 ədəd yumurta

Hazırlanması:
Dərin yoğurma qabının içinə unu ələyərək əlavə edin və ortasını açıb yumurta və duzu əlavə etdikdən sonra yaxşıca qarışdırın və su əlavə edib yoğurun.
Xəmiri 3 yerə ayırın üzərinə təmiz nəmli bir bezlə örtüb 20 dəq. saxlayın.
Sonra xəmiri unlu dəzgahda oxlov köməyi ilə 1-2 mm qalınlığında açın və 1,5 sm böyüklüyündə kvadratlar kəsin kvadratların dörd qismini ortada birləşəcək şəkildə bağlayın.
Bir qazanda su töküb qaynadın.
Hazırladığınız Mantıları qaynayan suya salıb sonra çıxarıb süzün və boşqaba qoyun.
Qatıq və labne pendirindən yaxşıca qarışdırıb Mantının üzərinə gəzdirərək tökün.
Ayrı bir qabda duru yağ və bibər pastasını qovurun, Mantının üzərinə töküb servis edin.

Nuş olsun!
Etiketlər: qaşığı, üzərinə, əlavə, yemək, yaxşıca, bibər, labne, Mantının, Reseptləri, töküb, sonra, yumurta, şəkildə, bağlayın, qazanda, ortada, kvadratlar, böyüklüyündə, qalınlığında, köməyi
BİZİ İZLƏYİN