• Sobada beşamelli makaronu resepti

Reseptin məlumatları Baxış sayı: 15 379

Tarix : 14-07-2016, 09:00

Bölmə : Quru yeməklər / Makaron yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
Yarım paket uzun makaron
2 yemək qaşığı marqarin
1.5 su stəkanı holland pendiri rəndəsi
1.5 yemək qaşığı un
1.5 su stəkanı süd
1 çimdik muskat rəndəsi istəyə görə
qara bibər
duz

Hazırlanması:
Makaron ortadan ikiyə bölünərək suda 7-8 dəqiqə qədər qaynadıldıq dan sonra digər yanda kərə yağı əridilər və un əlavə olunaraq qovurlar.
Bundan sonra süd əlavə edilir və davamlı qarışdırılaraq beşamel sousu hazırlanar.
Daha əvvəl suyu süzülmüş makarona beşamel sousu, 1 stəkan holland pendiri rəndəsi, duz və ədviyyatlar əlavə olunur və qarışdırılır.
Soba nimçəsi yağlanır və makaron qarışığı tökdükdən sonra üzərinə qalan holland pendiri rəndəsi səpilir.
Daha əvvəldən 185 dərəcədə hazırladığımız sobaya verilir və üzəri qızarana qədər bişirilir.

Nuş olsun!
Etiketlər: rəndəsi, holland, pendiri, sonra, əlavə, stəkanı, qədər, makaron, yemək, qaşığı, Makaron, sousu, beşamel, qarışdırılır, olunur, ədviyyatlar, stəkan, makarona, qarışdırılaraq, hazırlanar
BİZİ İZLƏYİN