• Yağ və sarımsaqlı spageti resepti

Reseptin məlumatları Baxış sayı: 16 262

Tarix : 25-06-2014, 01:35

Bölmə : Quru yeməklər / Makaron yeməkləri

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Spagetti -500 qr.
Sarımsaq -8 diş
Çili bibəri -2 ədəd
Cəfəri -50 qr.
Zeytun yağı - 100 ml
Limon - ½ ədəd
Duz, istiot - zövqə görə

Hazırlanması:
Spagettini qaynadın. Bişməsinə 5 dəqiqə qalmış tavada zeytun yağını qızdırıb əzilmiş sarımsağı və zolaq-zolaq doğranmış çili bibərini qızardın. Sarımsaq yumşalan kimi xırda doğranmış cəfəri əlavə edib qarışdırıb alovdan götürün.
Spagettilər al` dente (italyancadan tərcümədə tam bişmiş, amma yumşalmamış) halına gələn kimi suyunu süzüb əvvəlcədən hazırladığımız qatışığın üzərinə, tavaya tökün.
Orta alovda hazırladığınız qatışığı yarım dəqiqə qarışdırın. Limon şirəsi, yarım limonun qabığını əlavə edin. Duzlayıb, istiotlayıb süfrəyəıə verin.
Bu pasta növlərindən ən dietiki, hətta məşhur Mişel Montinyakın belə bəyənəcəyi bir növüdür.

Nuş olsun!
Etiketlər: əlavə, Limon, zolaq, yarım, dəqiqə, doğranmış, Sarımsaq, alovda, qatışığı, qarışdırın, hazırladığınız, üzərinə, süzüb, suyunu, gələn, əvvəlcədən, hazırladığımız, tavaya, qatışığın, tökün
BİZİ İZLƏYİN