• Barbekü toyuq resepti

Reseptin məlumatları Baxış sayı: 15004

Tarix : 9.07.2014, 16:33

Bölmə : Quru yeməklər, Toyuq yeməkləri, Kabablar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 10-12




Tərkibi:
1000-1500 q dərisiz, sümüksüz və qığırdaqsız toyuğun döş əti
3 yumurta
1 st. su
0,5 st. süd
2 x.q. duz
2 x.q. qara istiot
6 st. un
1/4 st. duz
5 ç.q. qara istiot
2 x.q. əzilmiş sarımsaq
2 x.q. quru meskit ədviyyatı
4 st. yağ - qızartmaq üçün
1 ç.q. yağ
1 şüşə barbekü sousu

Hazırlanması:
Toyuq ətini doğrayın.

Böyük qabda yumurta, su, süd, 2 x.q. duz və 2 x.q. istiotu eynicinsli kütlə alınanadək çalın.

Başqa iri qabda un, 1/4 st. duz, 5 ç.q. istiot, sarımsaq və meskit ədviyyatını qarışdırın.

İri, qalın dibli tavanı (yaxud dərin sacı) qızdırın. Yarısınadək yağ tökün. Təxminən 180 dərəcə qızdırın.

Çəngəllə toyuq ətini götürüb yumurtalı qarışığa, sonra un qarışığına salın, sonra prosesi bir dəfə də təkrar edin. Qaynar yağa salıb qızardın. Toyuğun bir tərəfi qızarıb qəhvəyi rəngə çalanda o biri üzünü də çevirib qızardın.

Sobanı 150 dərəcə qızdırın. Odadavamlı şüşə sininin içinə barbekü sousu tökün (dibini örtsün). Qovrulmuş toyuğu üstünə düzüb sousun qalanını üstünə gəzdirin. 10-15 dəqiqə bişirin.

Nuş olsun!

Etiketlər: qızdırın, istiot, qabda, ətini, sousu, tökün, üstünə, qızardın, sonra, barbekü, dərəcə, yumurta, sarımsaq, meskit, qəhvəyi, rəngə, çalanda, çevirib, üzünü, qızarıb
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN