• Fellah küftəsi resepti

Reseptin məlumatları Baxış sayı: 13 327

Tarix : 20-07-2016, 09:00

Bölmə : Quru yeməklər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
1.5 su st. çiy köftə bulquru
1 ç.q. üyüdülmüş zirə
2 l su
1 ç.q. qırmızı pul bibər
1 x.q. tomat pastası
1 x.q. bibər pastası
zeytun yağı
1 qəhvə fincanı un
1 yumurtanın ağı
duz

sous:
1 qəhvə fincanı zeytun yağı
3-4 diş sarımsaq
1 x.q. bibər pastası
1 x.q. tomat pastası

Hazırlanması:
Bulquru zirə, pul bibər, tomat və bibər pastası, duzla qarışdırın. Üzərinə çıxacaq qədər su tökün. 15 dəqiqə saxlayın. Bulqur yumşalanda yoğurun. Un və yumurta ağını da əlavə edib bir daha yoğurun. Arada əllərinizi isladaraq bir qozun yarısı boyda küftələr tutub üstünə baş barmağınızla basıb çuxur açın.
Böyük qazanda 2 l suyu qaynadın. 1 ç.q. duz və 1 x.q. zeytun yağı əlavə edin, qaynayanda küftələri içinə salın. 5-6 dəqiqə qaynadıqdan sonra süzün.
Sous: zeytun yağını qızdırın, xırda doğranmış sarımsağı qatıb vam odda qovurun. Tomat və bibər pastasını qatıb bir neçə dəqiqə bişirin. Küftələrin üzərinə gəzdirin.
Süfrəyə isti-isti verin.

Nuş olsun!
Etiketlər: bibər, pastası, zeytun, tomat, dəqiqə, əlavə, yoğurun, qatıb, fincanı, qəhvə, çuxur, qaynadıqdan, sonra, süzün, basıb, Böyük, salın, qaynadın, yağını, küftələri
BİZİ İZLƏYİN