• Duvaqlı plov resepti

Reseptin məlumatları Baxış sayı: 15 985

Tarix : 21-07-2016, 12:00

Bölmə : Quru yeməklər / Aş - Plov

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 2-4


Tərkibi:
1,5 st. yumru düyü
3 st. qaynar su
70 q kərə yağı
duz
500 q qiymə
1 soğan
4 x.q. zeytun yağı
2 qırmızı bibər
duz
qara istiot
zirə
darçın
quşüzümü
şam fıstığı (dolmalıq fıstıq)
badam
şüyüd

Hazırlanması:
Düyünü yuyub 30 dəqiqə duzlu isti suda saxlayın. Kərə yağını əridin, düyünü qatıb 5 dəqiqə qovurun. Duz və qaynar suyu əlavə edib qapağını örtün, suyunu çəkənə qədər bişirin.
Qırmızı bibərləri kubik doğrayıb 1 x.q. zeytun yağında qovurun. Badamla fıstığı ayrı tavada yüngülcə qovurun. Qiyməni zeytun yağının qalanı və xırda doğranmış soğanla qovurun. Quşüzümü ilə qırmızı bibəri əlavə edib bir neçə dəqiqə də bişirin. Duz, qara istiot, zirə, darçın qatın. Qovrulmuş fıstıqla badamı əlavə edin. Dərin, iri kasaya qovrulmuş qiyməni qoyun, qaşıqla basıb kip durmasına çalışın. Üzərinə düyünü doldurun, onu da qaşıqla azca basın. Buludu kasanın ağzına tutub kasanı tərs çevirin. Üzərinə şüyüd səpin.

Süfrəyə isti-isti verin.

Nuş olsun!
Etiketlər: qovurun, dəqiqə, zeytun, əlavə, darçın, istiot, fıstığı, bişirin, Üzərinə, qaşıqla, düyünü, qaynar, şüyüd, qırmızı, Dərin, qiyməni, qovrulmuş, kasaya, Qovrulmuş, doğranmış
BİZİ İZLƏYİN