• Quzu ətli tas kababı resepti

Reseptin məlumatları Baxış sayı: 13389

Tarix : 21.07.2016, 14:00

Bölmə : Quru yeməklər, Ət yeməkləri, Kabablar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq quzu əti
300 q xırda soğan (arpacıq)
1 x.q. duz
1 ç.q. qara istiot
1 armudu st. su
quyruq yağı
göy soğan
1 dəstə cəfəri
1 qəhvə fincanı narşərab

Hazırlanması:
Quzu ətini xırda doğrayın. Soğanların qabığını soyun. Ət, duz, qara istiot və soğanı bir qabda qarışdırın. Odadavamlı tasa yığın. Üzərinə 1 armudu stəkan su əlavə edin. Üzərinə quyruq yağı düzün. Bu qabın ağzına dəyirmi soba formasını qoyub tərs çevirin. Yeməyi vam odda 3 saat bişirin. Hazır olduqdan sonra tası götürün. Cəfəri və göy soğanı xırda doğrayın. Xörəyin ətrafına yayın, üzərinə narşərab gəzdirin (Cəfəri, göy soğan və narşərab qarışığını bişməmişdən öncə birbaşa ətə də əlavə etmək olar. Ancaq o zaman rəngi dəyişəcək). Süfrəyə adi düyü (basmati) plovu ilə verə bilərsiniz.

Nuş olsun!


Etiketlər: narşərab, soğan, xırda, soğanı, əlavə, doğrayın, Üzərinə, quyruq, Cəfəri, armudu, istiot, olduqdan, üzərinə, Hazır, gəzdirin, yayın, sonra, ətrafına, qarışığını, götürün
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN