• Acı souslu ət resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 796

Tarix : 23-07-2016, 09:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q mal əti
3 pomidor
2 diş sarımsaq
2 baş soğan
1 x.q. sürtgəcdən keçirilmiş təzə zəncəfil
0,5 ç.q. karri tozu
2-3 x.q. qatıq
2 x.q. tomat pastası
2 x.q. zeytun yağı
1 ç.q. duz
1 ç.q. qırmızı kayen istiotu
1,5 st. su
1 dəstə cəfəri

Hazırlanması:
Baş soğanı xırda doğrayıb zeytun yağında qızılı rəng alanadək qovurun.
Zəncəfil, karri, xırdalanmış sarımsaq və qırmızı acı istiot qatıb qarışdıraraq təxminən 3 dəqiqə qovurun.
Xırda doğranmış (tərəfi 2 sm olan kubik) əti əlavə edib 7 dəqiqə daim qarışdıraraq qovurun.
Doğranmış pomidorları, tomat pastasını, qatığı, suyu əlavə edin, duz qatıb vam odda 1 saat bişirin (ət yumşaq olmalıdır). Hazır olana 5 dəqiqə qalmış xırda doğranmış cəfəri əlavə edin.

Süfrəyə düyü, tərəvəz salatı ilə verə bilərsiniz.

Acı souslu ət resepti - FOTO RESEPT

Acı souslu ət resepti - FOTO RESEPT

Acı souslu ət resepti - FOTO RESEPT

Acı souslu ət resepti - FOTO RESEPT

Acı souslu ət resepti - FOTO RESEPT

Acı souslu ət resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: qovurun, dəqiqə, əlavə, cəfəri, zeytun, qırmızı, xırda, tomat, qatıb, sarımsaq, doğranmış, qarışdıraraq, karri, pomidorları, pastasını, Xırda, tərəfi, Doğranmış, kubik, yumşaq
BİZİ İZLƏYİN