• Küftəli zapekanka resepti

Reseptin məlumatları Baxış sayı: 14 772

Tarix : 24-07-2016, 21:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 q qiymə
1 baş soğan
1 diş sarımsaq
3 kartof
2 yumurta
3 x.q. xama
duz
istiot
şüyüd, cəfəri - zövqə görə
3 x.q. mannı yarması

Hazırlanması:
Qiyməni xırda doğranmış soğan və sarımsaqla qarışdırıb duz, istiot vurun.
Kartofu təmizləyib sürtgəcin iri gözündən keçirin, yumurta, xama və mannı ilə qarışdırın, xırda doğranmış göyərti, duz-istiot qatıb yenə qarışdırın.
Kartof qarışığını silikon formanın içinə bərabər qaydada yayın.
Qiymədən balaca küftələr tutub kartofun üzərinə aralı-aralı düzün.
Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: istiot, mannı, xırda, aralı, qarışdırın, doğranmış, yumurta, soğan, yayın, Qiymədən, balaca, küftələr, qaydada, formanın, içinə, bərabər, tutub, kartofun, Əvvəlcədən, dərəcə
BİZİ İZLƏYİN