• Ekspress ət qovurması resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 637

Tarix : 31-10-2016, 17:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Tərkibi:
500 q ət
2 yumurta
1 x.q. xardal
0,5 x.q. kartof nişastası
1 x.q. bitki yağı
1 ç.q. duz
0,5 ç.q. istiot qarışığı
2 ç.q. küncüt

Hazırlanması:
Yumurta, xardal, nişasta, duz və istiotu qarışdırın. Sevdiyiniz ədviyyatı əlavə edin. Əti tikələrə doğrayıb bu qarışığın içinə salın. Soyuducuda bir neçə saat saxlayın. Ən yaxşı variant - 1 gecədir. Amma onu hətta bir neçə gün soyuducuda saxlamaq olar, süfrəyə vermək lazım gələndə isə 5 dəqiqəyə qızaracaq.
Tavada yağı möhkəm qızdırın. Ət tikələrini düzün, üzərinə küncüt səpib o üz-bu üz qızardın.
Qarnir kimi tərəvəz qovurması hazırlamaq olar.
Məsələn, qabaq, badımcan, şirin bibər, yerkökü və pomidordan. Pomidordan savayı digər tərəvəzi uzunasına doğrayın.
İri tavaya çox az miqdarda bitki yağı töküb iti odda bütün tərəvəzləri eyni anda qovurun. Daim qarışdırın. Qıpqırmızı qızaranda 3 x.q. soya sousu əlavə edin. Sevirsinizsə, bol istiot da səpin. Xırda pomidorları da əlavə edin. Onlar qovrulan kimi tərəvəzləri ocaqdan götürün.
Boşqablara əti çəkin, yanına qovrulmuş tərəvəzi düzün.

Ekspress ət qovurması resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: əlavə, düzün, qarışdırın, tərəvəzi, istiot, küncüt, tərəvəzləri, bitki, xardal, savayı, digər, miqdarda, uzunasına, Pomidordan, doğrayın, tavaya, bibər, qabaq, Məsələn, hazırlamaq
BİZİ İZLƏYİN