• Pendirli kartof roqalikləri resepti

Reseptin məlumatları Baxış sayı: 14 147

Tarix : 25-07-2016, 16:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Börəklər / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
xəmir:
200 q kartof
100 q un (bir qədər çox da gərək ola bilər)
duz
3 x.q. sürtgəcdən keçirilmiş parmezan

:
pendir

bitki yağı (qızartmaq üçün)

Hazırlanması:
Kartofu suda tam bişirin. Püre halına salıb otaq temperaturunadək soyudun. Parmezan, duz, un qatıb yumşaq, ələ yapışmayan xəmir yoğurun.

Un səpilmiş masada xəmiri yayın. Üçbucaqlara doğrayın. Enli tərəfinə pendir qoyub roqalik kimi bükün.
Dərin balaca qazana bitki yağı töküb möhkəm qızdırın. Roqalikləri bu yağda qızılı rəng alanadək qızardın.
Artıq yağını çəkməsi üçün kağız salfetlərin üzərinə düzün.

Nuş olsun!
Etiketlər: pendir, xəmir, bitki, qazana, möhkəm, qızdırın, töküb, Dərin, qoyub, tərəfinə, roqalik, bükün, Roqalikləri, balaca, qızılı, kağız, salfetlərin, üzərinə, düzün, çəkməsi
BİZİ İZLƏYİN