• Qarabaşaq və ispanaqla zapekanka resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 12794

Tarix : 28.10.2016, 21:00

Bölmə : Quru yeməklər, Tərəvəz yeməkləri, Qəlyanaltılar, Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
0,5 st. qarabaşaq yarması
1 st. su
duz
2 x.q. kərə yağı
250 q ispanaq
1 baş soğan
istiot
200 q 9-18%-li kəsmik
50 q bərk pendir
1 çimdik muskat cevizi
2 yumurta

Hazırlanması:
Qazançaya 1 st. (250 ml) su tökün, qaynayanda 1 x.q. kərə yağı, duz, yuyulmuş qarabaşaq yarması əlavə edin, qarışdırın. Qaynara düşəndən sonra qapağını qoyun, vam odda 15-20 dəqiqə, suyu tam çəkincə bişirin.
Tavada 1 x.q. bitki yağını qızdırın, yarımhalqa doğranmış soğanı qovurun. İspanağı yuyub kağız salfetin üstünə düzün. Suyu çəkiləndə doğrayıb soğana əlavə edin. Ocağı azaldıb qarışdıraraq ispanağı 1-2 dəqiqə bişirin. Duz-istiot vurun. Ocaqdan götürün.
Ayrı qabda sürtgəcdən keçirilmiş pendir, kəsmik və muskat cevizini qarışdırın. İspanağa əlavə edin.
Formaların dibinə qarabaşağı tökün. Üzərinə ispanaqlı qarışığı qoyun.
Ortasında çala açıb oraya yumurta çalın. Yumurtanın üzərinə duz-istiot səpin.
180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin (yumurtanın ağı bərkiyənədək).

Qarabaşaq və ispanaqla zapekanka resepti - FOTO RESEPT
Qarabaşaq və ispanaqla zapekanka resepti - FOTO RESEPT
Qarabaşaq və ispanaqla zapekanka resepti - FOTO RESEPT
Qarabaşaq və ispanaqla zapekanka resepti - FOTO RESEPT
Qarabaşaq və ispanaqla zapekanka resepti - FOTO RESEPT
Qarabaşaq və ispanaqla zapekanka resepti - FOTO RESEPT


Nuş olsun!


Etiketlər: dəqiqə, bişirin, istiot, əlavə, qarışdırın, tökün, qoyun, yumurta, qarabaşaq, muskat, yarması, pendir, kəsmik, cevizini, keçirilmiş, dibinə, Formaların, İspanağa, götürün, ispanağı
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN