• Ətli blinçikli zapekanka resepti

Reseptin məlumatları Baxış sayı: 13 998

Tarix : 24-07-2016, 11:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
blinçiklər üçün:
3 yumurta
125 ml süd
125 q un
0,5 ç.q. duz

:
400 q qiymə
2 x.q. kəsmik
2 x.q. bitki yağı
2 baş soğan
1 diş sarımsaq
2 pomidor
duz
qara və qırmızı istiot

sous:
200 q kəsmik
2 yumurtanın sarısı
125 ml süd
yarım dəstə göyərti (şüyüd, cəfəri)
100 q bərk pendir (üzərinə)

Hazırlanması:
Blinçiklər üçün: yumurta, duz və südü çalın, un qatıb qarışdırın, üzərini örtüb 30 dəqiqə saxlayın.
İç: Soğanı və sarımsağı xırda doğrayıb 2 x.q. bitki yağında qovurun, qiyməni əlavə edib bişirin. Ocaqdan götürün.
Pomidoru kubik doğrayıb ətə əlavə edin. Kəsmik və duz-istiot da vurun.
Blinçik üçün xəmirdən yağda 4 blin bişirin.
Blinçiklərin ortasına içi qoyub rulet kimi bükün, sonra hər ruleti çəpinə 4 dilimə bölün.
Sous üçün kəsmik, süd, yumurta sarıları, doğranmış göy və duzu qarışdırın. Zapekankanı bişirəcəyiniz formaya tökün.
Sousun üzərindən rulet dilimlərini düzün. Üzərinə sürtgəcdən keçirilmiş pendir səpin (bunu bişməyə 5 dəqiqə qalmış da edə bilərsiniz). 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.
Süfrəyə isti-isti verin.

Nuş olsun!
Etiketlər: dəqiqə, bişirin, kəsmik, yumurta, pendir, əlavə, doğrayıb, istiot, rulet, qarışdırın, bitki, bişirəcəyiniz, Zapekankanı, sarıları, bölün, doğranmış, ruleti, ortasına, Blinçiklərin, qoyub
BİZİ İZLƏYİN