• Brandada resepti

Reseptin məlumatları Baxış sayı: 13 680

Tarix : 28-07-2016, 14:00

Bölmə : Quru yeməklər / Börəklər / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
400 q treska
0,5 l süd
1 ç. q. duz
1 dəfnə yarpağı
300 q kartof
50 ml zeytun yağı (yaxud digər bitki yağı)
2 diş sarımsaq
cəfəri və ya şüyüd (zövqə görə)
dənəvər istiot
2 x.q. xama

Hazırlanması:
Kartofu təmizləyib duzlu suda bişirin. Hazır olanda suyunu süzüb kartofu əzin.
Bir qazanda südü qaynadın, 1 ç.q. duz, xırdalanmış sarımsaq, dəfnə yarpağı, bir neçə dənəvər istiot və doğranmış treskanı əlavə edin. Süd yenidən qaynayanda qazanı ocaqdan götürün, balığı içində 5 dəqiqə saxlayın.
Balığı çıxarıb ayrı qaba yığın, çəngəllə əzin. Əzilmiş kartof, treskanın içində bişdiyi süddən 150 ml və tədricən zeytun yağı əlavə edərək qarışdırın. Xırdalanmış göyərti qatıb qarışdırın.
Formanı yağlayın, balıqlı-kartoflu kütləni içinə yığın. Üzərinə xama çəkin. 200 dərəcə qızdırılmış sobada 15 dəqiqə, üzəri qızaranadək bişirin.
Adətən bu zapekankanı qızardılmış çörəklə süfrəyə verirlər.

Nuş olsun!
Etiketlər: bişirin, istiot, dənəvər, əlavə, dəqiqə, qarışdırın, yığın, sarımsaq, içində, dəfnə, kartof, zeytun, yarpağı, qatıb, Formanı, balıqlı, göyərti, yağlayın, edərək, bişdiyi
BİZİ İZLƏYİN