• Lavaşla piroq resepti

Reseptin məlumatları Baxış sayı: 14 633

Tarix : 27-07-2016, 21:00

Bölmə : Quru yeməklər / Börəklər / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3-4 nazik lavaş
50 q kərə yağı

:
150 q kəsmik
150 q brınza
2 yumurta
duz
istiot
1 dəstə şüyüd

Hazırlanması:
Brınzanı sürtgəcdən keçirin. Şüyüdü xırda doğrayın. İç üçün olan ərzağı birlikdə qarışdırın.
Lavaşları yanaşı düzün. İçi üzərlərinə bərabər yayın. Hər bir lavaşı rület kimi bükün. Hər ruleti 3-4 sm enində doğrayın.
Formanın içinə perqament döşəyin. Doğradığınız dilimləri kəsiyi yuxarı olmaqla formanın içində yanaşı düzün.
Kərə yağını doğrayıb üzərinə düzün.
Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: düzün, yanaşı, doğrayın, Doğradığınız, dilimləri, yuxarı, kəsiyi, döşəyin, enində, Formanın, içinə, perqament, olmaqla, qızdırılmış, dərəcə, sobada, dəqiqə, bişirin, Əvvəlcədən, üzərinə
BİZİ İZLƏYİN