• Duzlu kələm, düyü və kolbasa ilə piroq resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 9884

Tarix : 30.10.2016, 14:00

Bölmə : Quru yeməklər, Börəklər, Qəlyanaltılar, Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
500 q mayasız qat-qat xəmir
500 q duzlu kələm
80 q basmati düyüsü
200 ml su (düyünü bişirmək üçün)
500 q ovçu kolbasası
1 baş soğan
1,5 x.q. acı xardal
duz
qara istiot
1 yumurta
1 yumurtanın sarısı (üzərinə)
1,5 x.q. bitki yağı (soğanı qovurmaq və formanı yağlamaq üçün)
1 x.q. un (xəmiri yaymaq üçün)

Hazırlanması:
Düyünün üzərinə su töküb ocağın üzərinə qoyun. Qaynara düşəndən sonra ocağı azaldıb qazanın qapağını qoyun, 12 dəqiqə bişirin.

Duzlu kələmin üzərinə su töküb yumşalınca qaynadın, sonra suyunu süzün. Soğanı xırda kubik doğrayıb bitki yağında qovurun, kələmi əlavə edib təxminən 5 dəqiqə qovurun. Soyudun.

Düyünü süzüb kələm, xardal, duz və istiotla qarışdırın, yumurta vurub bir daha qarışdırın.

Xəmiri un səpilmiş masada 28x36 sm ölçüdə yayın.

İki eyni boyda forma götürün (25x10,5 sm). Birinə yaydığınız qat-qat xəmiri döşəyin, kənarlarını qaldırın. İçin 1/5 hissəsini qoyun. 2 sıra kolbasa düzün. Yenə düyülü iç qoyub, 3 sıra kolbasa düzün (şahmat qaydasında), üzərinə yenə düyülü iç və 2 sıra kolbasa düzüb için qalanını üzərinə döşəyin. Xəmirin kənarlarını üzərinə qatlayıb bərkidin, artığını kəsin (bəzək üçün gərək olacaq).

İkinci formanı yağlayın. Birinci forma ilə ağız-ağıza tutun və çevirərək piroqu səliqəylə yağlanmış ikinci formaya ötürün (xəmirin "tikişi"nin alta düşməsi üçün belə edilir).

Xəmirin qalanından formalar kəsin, bir tərəfini suya batırıb yaş tərəfini piroqa yapışdırın.

Üzərinə çalınmış yumurta sarısı çəkin.

Piroqu 200 dərəcə qızdırılmış sobada 45-50 dəqiqə, üzəri qızarıncayadək bişirin.

Duzlu kələm, düyü və kolbasa ilə piroq resepti - FOTO RESEPT

Duzlu kələm, düyü və kolbasa ilə piroq resepti - FOTO RESEPT

Duzlu kələm, düyü və kolbasa ilə piroq resepti - FOTO RESEPT

Duzlu kələm, düyü və kolbasa ilə piroq resepti - FOTO RESEPT

Duzlu kələm, düyü və kolbasa ilə piroq resepti - FOTO RESEPT

Duzlu kələm, düyü və kolbasa ilə piroq resepti - FOTO RESEPT

Duzlu kələm, düyü və kolbasa ilə piroq resepti - FOTO RESEPT

Duzlu kələm, düyü və kolbasa ilə piroq resepti - FOTO RESEPT


Nuş olsun!

Etiketlər: üzərinə, yumurta, qoyun, kolbasa, dəqiqə, bişirin, xəmiri, formanı, bitki, qarışdırın, töküb, sonra, qovurun, Xəmirin, kəsin, tərəfini, kənarlarını, düzün, kələm, sarısı
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN