• Pasta in krosta resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 9301

Tarix : 26.07.2016, 09:00

Bölmə : Quru yeməklər, Makaron yeməkləri, Börəklər, Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
500 q makaron
200 q göy noxud (təzə və ya dondurulmuş)
200 q motsarella
200 q parmezan, yaxud digər bərk pendir
1 baş soğan
1 lay qat-qat xəmir
zeytun yağı
dəniz duzu

beşamel sousu:
1 l süd
75 q kərə yağı
2 x.q. un
muskat cevizi
dəniz duzu
qara üyüdülmüş istiot

Hazırlanması:
Əvvəlcə beşamel sousunu hazırlayın.
Kərə yağını orta itilikli odda əridin, qarışdıraraq un qatın, 4-5 dəqiqə qarışdıraraq qovurun, qaynar, azca duz qatılmış süd qatın, eynicinsli kütlə alınanadək qarışdırın, azca duz, istiot və muskat cevizi qatın, qaynara düşəndən sonra daha 3-4 dəqiqə, qatılaşanadək bişirin. Xamadan duru alınmalıdır. Əgər qatı alınarsa, bir qədər də süd qatıb bişirin (Bişirərkən daim qarışdırmağı unutmayın).
Sobanı 200 dərəcə qızdırın.
Motsarellanı kubik doğrayın, parmezanı sürtgəcdən keçirin (onun yerinə suluquni, hisə verilmiş, yaxud hörük pendir də götürə bilərsiniz).
Soğanı xırda doğrayıb zeytun yağında yüngülcə qızardın.
Təzə göy noxudun üzərinə qaynar duzlu su tökün (dondurulmuşun donunu açmayın). Süzün, zeytun yağı və soğan əlavə edin, qarışdıraraq 5 dəqiqə qovurun.
Makaronu duzlu suda 6-7 dəqiqə bişirin (hazır olanadək), süzüb üzərinə soyuq su gəzdirin. Aşsüzənə yığıb suyunu çəkməsini gözləyin.
Beşamel sousunun yarısını makaronla qarışdırın. Sousun qalanını isə isti yerdə saxlayın (vam odun üzərində).
Formaya makaronun və noxudun yarısını düzün. Üzərinə motsarella ilə sürtgəcdən keçirilmiş pendirin yarısını düzün. Bir qədər beşamel sousu tökün. Yenə makaron+noxud+pendir layından sonra beşamelin qalanını üzərinə gəzdirin. Üzərinə yağlı qat-qat xəmir çəkin, üzərini yağlayın.
Sobada 30-40 dəqiqə bişirin.
Süfrəyə isti-isti verin.
Əgər birnəfərlik qablarda bişirəcəksinizsə, o zaman sobada bişmə müddəti 10-15 dəqiqədir.

Pasta in krosta resepti - FOTO RESEPT

Pasta in krosta resepti - FOTO RESEPT

Pasta in krosta resepti - FOTO RESEPT

Pasta in krosta resepti - FOTO RESEPT

Pasta in krosta resepti - FOTO RESEPT

Pasta in krosta resepti - FOTO RESEPT


Nuş olsun!

Etiketlər: dəqiqə, bişirin, yarısını, qarışdıraraq, beşamel, pendir, qatın, zeytun, üzərinə, qarışdırın, qaynar, qovurun, tökün, duzlu, Üzərinə, qədər, gəzdirin, makaron, qalanını, noxudun
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN