• Qabaqlı zapekanka resepti

Reseptin məlumatları Baxış sayı: 13 245

Tarix : 27-07-2016, 19:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Börəklər / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 pomidor
200-250 q qabaq
1 şirin bolqar bibəri
20 q xama
2,5 x.q. süd
1 yumurta

Hazırlanması:
25-30 q bərk pendir

ədviyyat, qara istiot, duz - zövqə görə

Qabağı 0.5 sm enində fal-fal doğrayın (qabığını soya da bilərsiniz, saxlaya da).

Bibəri təmizləyin. Pomidorla bibəri də qabaq kimi doğrayın.

Formaya dikinə, növbələyərək düzün (qabaq+pomidor+bibər).

Üzərinə duz, istiot, sevdiyiniz ədviyyat səpin. Xama çəkin.

Yumurta ilə südü çalın, duz-istiot vurun.

Tərəvəzin üzərinə sürtgəcdən keçirilmiş pendir səpin, yumurta qarışığını üzərinə gəzdirin.

Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin.

Süfrəyə xama ilə, yaxud başqa sevdiyiniz sousla verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: istiot, qabaq, pomidor, doğrayın, sevdiyiniz, səpin, üzərinə, bilərsiniz, yumurta, bibəri, ədviyyat, pendir, keçirilmiş, sürtgəcdən, başqa, vurun, Tərəvəzin, sousla, qarışığını, Əvvəlcədən
BİZİ İZLƏYİN