• Sobada tavakotleti resepti

Reseptin məlumatları Baxış sayı: 10157

Tarix : 29.07.2016, 15:00

Bölmə : Quru yeməklər, Ət yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
900 q quzu əti
1 dəstə cəfəri
2 soğan
duz
qara istiot
3 kartof
3 pomidor
zeytun yağı

sous:
3 soğan
1 qırmızı bolqar bibəri
1 st. tomat suyu
1 x.q. narşərab
1 x.q. zeytun yağı
0,5 st. su
duz
istiot

Hazırlanması:
Qiymə, duz, istiot, xırdalanmış soğan və cəfərini qarışdırıb yoğurun. 2 saat soyuducuda saxlayın.
Sous: Qırmızı bibəri təmizləyib xırda doğrayın. Soğanları da xırda doğrayın. Zeytun yağında bibərlə soğanı qovurun. Tomat suyu, narşərab, su və qara istiot əlavə edib bir qədər qatılaşanadək bişirin.
Kartofları təmizləyib 5 mm qalınlıqda fal-fal doğrayın. Pomidorları da eyni qaydada doğrayın. Kartofu zeytun yağında qızardın.
Qiymədən 12 ədəd kotlet tutun. Yağlanmış siniyə düzün. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin. Sinini çıxarın, kotletlərin üzərinə kartof və pomidor dilimlərini düzün. Sousu sininin içinə tökün. Sinini təkrar sobaya qaytarıb xörəyi daha 15-20 dəqiqə bişirin.
Süfrəyə isti-isti verin.

Nuş olsun!

Etiketlər: doğrayın, istiot, zeytun, soğan, bişirin, dəqiqə, düzün, xırda, Sinini, yağında, təmizləyib, narşərab, pomidor, kartof, bibəri, kotlet, Qiymədən, tutun, qızdırılmış, Yağlanmış
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN