• Qeyri-adi içlikli toyuq döşü resepti

Reseptin məlumatları Baxış sayı: 15 609

Tarix : 28-07-2016, 21:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 qalın dilim boyat çörək
80 ml mandarin şirəsi
2 mandarinin sürtgəcdən keçirilmiş sedrası
1 x.q. xırda doğranmış cəfəri
45 q iri doğranmış qoz
45 q doğranmış albuxarı
20 q yumşaldılmış kərə yağı
duz
istiot
4 toyuq döşü
1 x.q. bitki yağı
250 ml toyuq, yaxud tərəvəz bulyonu
4 budaq kəklikotu

Hazırlanması:
Sobanı 180 dərəcə qızdırın.
Çörəyi mandarin şirəsində isladın, sonra artıq mayeni sıxıb süzün. Bu çörəyi mandarin sedrası, xırda doğranmış cəfəri, yumşaldılmış yağ, iri doğranmış qoz və albuxarı ilə qarışdırın.
Hər toyuq filesinin ortasında iti bıçaqla kəsik açın (cib kimi alınsın). Hər yanına duz-istiot vurun.
"Ciblərin" içinə iç qoyun, kənarlarını diş çöpü ilə bərkidin.
Tavada 1 x.q. bitki yağını qızdırın. Toyuq döşünün hər birinin iki üzünü də qızardın (hər üzünü təxminən 3 dəqiqə).
Formaya yığın, üzərinə toyuq, yaxud tərəvəz bulyonu tökün, kəklikotu əlavə edib 180 dərəcədə qızdırılmış sobada 30 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: doğranmış, toyuq, mandarin, bitki, istiot, yumşaldılmış, yaxud, bulyonu, üzünü, qızdırın, dəqiqə, kəklikotu, albuxarı, tərəvəz, cəfəri, sedrası, xırda, Tavada, yağını, döşünün
BİZİ İZLƏYİN