• Serb üsulu lobya resepti

Reseptin məlumatları Baxış sayı: 12 927

Tarix : 29-07-2016, 17:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
600 q ağ lobya
700 q baş soğan
1,5 x.q. tomat pastası
2 diş sarımsaq
400 q ev kolbasası (zövqə görə)
1 ç.q. şirin paprika
3 dəfnə yarpağı
duz, istiot
50 ml yağ

Hazırlanması:
Lobyanı dəfnə yarpağı ilə birlikdə iri qazanda, bol suda qaynadın. Yumşalandan sonra lobyanın üzərinə çıxacaq qədər su saxlayın, qalanını süzün.
Soğanı halqa doğrayıb yağda qovurun. Yumşalanda lobyaya əlavə edin. Duz, istiot, paprika, xırda doğranmış sarımsaq, tomat pastası əlavə edib qarışdırın. Dadına baxıb ədviyyatını ayarlayın.
Odadavamlı qaba yğın. Ev kolbasası əlavə edib 190 dərəcə qızdırılmış sobada təxminən 1 saat bişirin.

Nuş olsun!
Etiketlər: əlavə, dəfnə, yarpağı, istiot, kolbasası, paprika, pastası, sarımsaq, tomat, xırda, doğranmış, qarışdırın, yağda, lobyaya, Yumşalanda, qovurun, Dadına, dərəcə, sobada, təxminən
BİZİ İZLƏYİN