• Yerkökü paşteti resepti

Reseptin məlumatları Baxış sayı: 13 129

Tarix : 1-08-2016, 22:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 st. quru lobya
2 yerkökü
1 soğan
yarım dəstə şüyüd
1 ç.q. duz
1 x.q. şəkər tozu
0,5 st. zeytun yağı

Hazırlanması:
Quru lobyanı axşamdan isladın. Səhəri gün yerkökü ilə birlikdə 15 dəqiqə qaynadın. Çıxan köpüklü suyu süzün. Üzərinə bir barmaq çıxacaq qədər isti su və 4 yerə bölünmüş soğan əlavə edib yenidən qaynadın. Yumşaldıqdan sonra lobya, yerkökü və soğanı blenderdən keçirin. Xırda doğranmış şüyüd, duz, şəkər tozu, zeytun yağı əlavə edib qarışdırın. Dördbucaq bir qaba yığıb üzərini hamarlayın. Soyuducuda 4-5 saat saxlayın.
Süfrəyə romb kimi doğrayaraq verin.

Nuş olsun!
Etiketlər: yerkökü, şəkər, lobya, qaynadın, şüyüd, zeytun, əlavə, soğan, Xırda, doğranmış, keçirin, sonra, qarışdırın, soğanı, blenderdən, üzərini, Süfrəyə, doğrayaraq, verin, saxlayın
BİZİ İZLƏYİN