• Pətək lazanyası resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 483

Tarix : 1-08-2016, 20:00

Bölmə : Quru yeməklər / Börəklər / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
500 q qiymə (mal əti)
2 baş soğan
4 diş sarımsaq
1 yerkökü
1 şirin bibər
500 ml süd
500 ml qırmızı şirin şərab
600 q öz şirəsində pomidor konservi
50 q pendir
350 q tubini pastası (qalın borucuqlar)
"İtalyan otları ilə Himalay duzu qarışığı" ədviyyatı (zövqə görə)
2-4 x.q. zeytun yağı
duz
istiot

Hazırlanması:
Soğan, sarımsaq və bibəri xırda doğrayın, yerkökünü sürtgəcin iri gözündən keçirin. Dərin tavada zeytun yağını qızdırıb tərəvəzi əlavə edərək yumşalınca bişirin.
Qiyməni əlavə edib qarışdıraraq rəngini dəyişənəcən bişirin.
Südü əlavə edib orta itilikli odda qiymə ilə tərəvəz südü tam hopduranadək bişirin.
Şərabı əlavə edib o da tam çəkilənədək bişirin.
Pomidorları şirəsi ilə birlikdə blenderdən keçirib tavadakıların üzərinə tökün. Duz, istiot, ədviyyat qatıb 10-15 dəqiqə bişirin.
Formanı yağlayın, sousu içinə tökün.
Tubiniləri sousun içinə şaquli yerləşdirin, elə edin ki, sous tubinilərin içinə dolsun.
Üzərinə sürtgəcdən keçirilmiş pendir səpin.
180 dərəcə qızdırılmış sobada 50-60 dəqiqə bişirin.

Pətək lazanyası resepti - FOTO RESEPT

Pətək lazanyası resepti - FOTO RESEPT

Pətək lazanyası resepti - FOTO RESEPT

Pətək lazanyası resepti - FOTO RESEPT

Pətək lazanyası resepti - FOTO RESEPT

Pətək lazanyası resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: bişirin, əlavə, içinə, zeytun, istiot, tökün, pendir, qiymə, dəqiqə, sarımsaq, şirin, birlikdə, şirəsi, blenderdən, üzərinə, tavadakıların, keçirib, Pomidorları, Şərabı, itilikli
BİZİ İZLƏYİN