Tərkibi:2 st. düyü
quzu əti
bulyon
2 ç.q. quşüzümü
2 x.q. kişmiş
1 armudu st. badam
3 x.q. kərə yağı
0,5 armudu st. dolmalıq fıstıq
1 ç.q. darçın
1 ç.q. hil
1 ç.q. qara istiot
1 ç.q. duz
Hazırlanması:Düyünün üstünə çıxacaq qədər ilıq suda yarım saat saxlayın.
Hili qabıqdan çıxarıb həvəngdə döyün.
Kişmişlə quşüzümünü ayrı qablarda ilıq suda 10 dəqiqə saxlayın.
Badamları qaynar suda 15 dəqiqə saxlayıb qabıqdan çıxarın.
Sümüklü əti doğrayın, 6 st suda yumşalanadək bişirin, duz vurun.
Sümüklərini ayırıb ətini didin.
Kərə yağını əridin, badamla dolmalıq fıstığı qovurun, rəngi dəyişəndə düyünü əlavə edin, qarışdıraraq 5 dəqiqə qovurun.
Diddiyiniz ət, quşüzümü, kişmiş və ədviyyatı əlavə edin. Üzərinə çıxınca bulyon əlavə edin.
Duz vurun. Tavanın qapağını qoyub, qaynayanadək orta itilikli ocaqda bişirin. Sonra isə ocağı azaldıb vam odda düyü suyunu çəkənədək bişirin. Üzərinə dəsmal çəkin, 10 dəqiqə dəmləyin.
Nuş olsun!
Etiketlər: dəqiqə, əlavə, bişirin, qabıqdan, qovurun, Üzərinə, saxlayın, bulyon, vurun, dolmalıq, kişmiş, armudu, quşüzümü, çıxınca, qarışdıraraq, Diddiyiniz, ədviyyatı, düyünü, badamla, fıstığı