• Heyva ilə plov resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 219

Tarix : 2-08-2016, 16:00

Bölmə : Quru yeməklər / Aş - Plov / Foto reseptlər

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
düyü
heyva
soğan
yağ
duz
sarıkök
zəfəran
şəkər tozu
limon
zirə

Hazırlanması:
Basmati düyüsünü isladın.
Soğanları ortadan bölüb uzunasına doğrayın.
İşlədəcəyiniz yağın yarısında soğanı orta itilikli odda qovurun. Arada ehtiyatla qarışdıraraq ocağı azaldın.
Hazır olana yaxın yarım çay qaşığı sarıkök əlavə edin.
Heyvanı fri kartofu kimi doğrayın. Limonlu suda saxlayın ki, qaralmasın.
Başqa tavada yağın qalanını əridin. Heyvanı sudan çıxarıb tavaya düzün, üzərinə 1 x.q. şəkər tozu və üyüdülmüş zirə səpin, əvvəlcə qapağını örtüb bişirin, arada ehtiyatla qarışdırın. Çalışın, heyvalar əzilməsin.
Heyvanın şirəsi ayrılıb şəkər tozu əriyəndə qapağı götürüb suyunun buxarlanmasını gözləyin.
Şəkər tozu karamelləşəcək, heyva isə yumşalıb həcmi azalacaq, cirənin ətrini çəkəcək. Amma heyva əzilib sıyığa dönməməlidir.
Düyünü duzlu suda bişirib bir az diri götürün. Süzün.
Düyünü, soğanı, heyvanı lay-lay saxsı qazana (küpə) döşəyin.
Lap üstdə düyünün üzərinə soğanla heyvanı qızartdığınız tavalardakı yağı, zəfəran dəmləməsi gəzdirin (zəfəranı həvəngdə döyüb üzərinə qaynar su töküb dəmləyin).
Qazanı 170-180 dərəcə qızdırılmış sobaya qoyun.
Bir saat müddətində onun dərəcəsini 120-130-dək azaldaraq bişirin, növbəti bir saatı isə 120 dərəcədə dəmləyin.

Heyva ilə plov resepti - FOTO RESEPT

Heyva ilə plov resepti - FOTO RESEPT

Heyva ilə plov resepti - FOTO RESEPT

Heyva ilə plov resepti - FOTO RESEPT

Heyva ilə plov resepti - FOTO RESEPT

Heyva ilə plov resepti - FOTO RESEPT

Heyva ilə plov resepti - FOTO RESEPT

Heyva ilə plov resepti - FOTO RESEPT

Heyva ilə plov resepti - FOTO RESEPT

Heyva ilə plov resepti - FOTO RESEPT

Heyva ilə plov resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: üzərinə, heyva, şəkər, dəmləyin, Düyünü, doğrayın, soğanı, Heyvanı, sarıkök, heyvanı, zəfəran, ehtiyatla, bişirin, yağın, əzilib, sıyığa, duzlu, Süzün, götürün, bişirib
BİZİ İZLƏYİN