• Kabsa resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 460

Tarix : 2-08-2016, 09:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Aş - Plov / Foto reseptlər

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
1 toyuq
3 st. basmati düyüsü
2 orta boy soğan
4-5 diş sarımsaq
3 x.q. tomat pastası
2 x.q. sirkə
500 q yerkökü
2 şirin bibər
bitki yağı
ətirli ağ istiot
hil
qara istiot
dəfnə yarpağı
duz

Hazırlanması:
Toyuğu 8 yerə doğrayın. Duz, ədviyyat vurub bitki yağında qızardın.
Sonra çıxarıb bir qaba yığın. Toyuğu qızartdığınız yağda doğranmış soğanı açıq-qızılı rəng alanadək qovurun (toyuğu çıxarmadan elə soğanı üzərinə də əlavə edə bilərsiniz).
Toyuğu qazana yığın, qaynar su tökün, dəfnə yarpağı, duz əlavə edib bişirin.
Bişənə 10 dəqiqə qalmış tomat pastası və sirkə əlavə edin (sirkəni zövqə görə qatın, əks halda çox turş alına bilər), yaxşıca qarışdırın.
Başqa iri tavada sürtgəcin iri gözündən keçirilmiş yerkökü, nazik uzun doğranmış bibər, xırdalanmış sarımsağı qovurun, duz, ədviyyat vurun.
Bunlar qızaranda yuyulmuş düyünü əlavə edin.
5-8 dəqiqə qovurun.
Toyuğu tomatlı sousdan çıxarın, bu sousa düyü ilə tərəvəz qarışığını əlavə edin, sous 2 sm düyünün üzərinə çıxmalıdır. Qarışdırın, lazım gələrsə, bir qədər də duz və ədviyyat qatın. Qapağını örtüb qaynara düşəndən sonra ocağı azaldın, düyü suyu tam çəkəndən sonra ocağı söndürün. Qapağını kip örtüb dəmləyin.
Süfrəyə toyuqla verin.

Kabsa resepti - FOTO RESEPT

Kabsa resepti - FOTO RESEPT

Kabsa resepti - FOTO RESEPT

Kabsa resepti - FOTO RESEPT

Kabsa resepti - FOTO RESEPT

Kabsa resepti - FOTO RESEPT

Kabsa resepti - FOTO RESEPT

Kabsa resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, Toyuğu, qovurun, ədviyyat, yığın, örtüb, qatın, ocağı, Qapağını, doğranmış, üzərinə, dəqiqə, soğanı, yarpağı, sonra, pastası, dəfnə, bibər, istiot, tomat
BİZİ İZLƏYİN