• Bakhendl cücəsi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 134

Tarix : 3-08-2016, 15:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 cücə
1 limon
8 x.q. un
2 yumurta
100 q narın suxarı (rəng üçün 0,5 ç.q. sarıkök və ya paprika əlavə etmək olar)
100 ml zeytun yağı
100 ml bitki yağı (qarğıdalı, yaxud günəbaxan)
qara istiot
duz

Hazırlanması:
Cücəni yuyub, suyunu salfetlə çəkin, doğrayın. Qanad və qabırğalarını ayıra bilərsiniz (onlardan bulyon bişirmək olar).
Ət tikələrini duzlayıb-istiotlayın. Üzərinə limon şirəsi gəzdirib ən azı bir saat marinadda saxlayın.
Yumurtaları çalın. Unu və narın suxarını ayrı-ayrı qablara tökün. Suxarıya paprika və ya sarıkök qata bilərsiniz.
Toyuq tikələrini əvvəlcə una, sonra yumurtaya, sonda isə suxarıya batırın.
Tavada bitki yağını zeytun yağı ilə qarışdırın. Yağ bol olmalıdır ki, cücə yaxşı qızarsın. Əvvəl iti odda qızardın, sonra tavanın qapağını örtün, orta itilikli odda bişirin.
Bakhendli adətən süfrəyə limon dilimləri və cəfəri ilə verirlər.

Bakhendl cücəsi resepti - FOTO RESEPT

Bakhendl cücəsi resepti - FOTO RESEPT

Bakhendl cücəsi resepti - FOTO RESEPT

Bakhendl cücəsi resepti - FOTO RESEPT

Bakhendl cücəsi resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: limon, zeytun, bitki, paprika, sarıkök, tikələrini, narın, bilərsiniz, sonra, batırın, yağını, qarışdırın, suxarıya, Tavada, əvvəlcə, Suxarıya, tökün, Toyuq, olmalıdır, yumurtaya
BİZİ İZLƏYİN