• Hisə verilmiş pendirlə kartof pizzası resepti

Reseptin məlumatları Baxış sayı: 14 004

Tarix : 4-08-2016, 12:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Pizza / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 kartof
2 şirin qırmızı bibər
2 pomidor
300 q hisə verilmiş pendir
2 yumurtanın ağı
3 x.q. un
1 x.q. qarğıdalı unu
1 diş sarımsaq
1 ç.q. oreqano
1 x.q. zeytun yağı
qara istiot
duz

Hazırlanması:
Kartofu yuyub qabıqlı bişirin, soyudub təmizləyin. Əzin. Yumurta ağları və buğda unu vurub qarışdırın. Siniyə qarğıdalı ununu səpib kartoflu kütləni içinə nazik yayın. 190 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin.

Pomidorla qırmızı bibəri yuyub 200 dərəcə qızdırılmış sobada qabığı deşilənəcən bişirin. Çıxarıb paketə qoyun, 20 dəqiqə saxlayın. Qabığını soyub blenderə qoyun, sarımsaq, oreqano və zeytun yağı əlavə edib xırdalayın (tomat pastası kimi olmasın, iri doğransa, daha yaxşıdır). Duz-istiot vurun.

Kartof lavaşının üzərinə bərabər qaydada bu sousu yayın, hisə verilmiş pendir dilimlərini düzün. 200 dərəcə qızdırılmış sobada 10-12 dəqiqə, pendir əriyənədək bişirin.

Süfrəyə isti-isti verin.

Nuş olsun!
Etiketlər: bişirin, qızdırılmış, sobada, dəqiqə, pendir, dərəcə, yayın, yuyub, verilmiş, qırmızı, zeytun, istiot, qoyun, oreqano, sarımsaq, qarğıdalı, xırdalayın, pastası, olmasın, tomat
BİZİ İZLƏYİN