• Duzda bişirilmiş balıq resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 464

Tarix : 5-08-2016, 09:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
600-700 q çəkidə bütöv, təmizlənmiş balıq
4 st. iri duz
3 yumurtanın ağı
zeytun yağı
1 limon
cəfəri

Hazırlanması:
Sobanı 190 dərəcə qızdırın.
Limonun yarısını dilimləyin, dilimləri cəfəri ilə birlikdə təmizlənmiş balığın içinə qoyun.
Duz, yumurta ağları və 1/4 st. suyu qarışıq yaş qumu xatırladanadək qarışdırın. Əgər gərək olarsa, duz, yaxud su əlavə edin.
Formanın içinə folqa, yaxud perqament döşəyin. Duz qarışığının yarısını döşəyin. Balığı üzərinə qoyub duz qarışığının qalanını əlavə edin (balığın üstü örtülsün).
Sobada 25-30 dəqiqə bişirin.
Sobadan çıxarandan sonra 10 dəqiqə saxlayın. Sonra taxta qaşıqla üzərindəki duz qatını götürün. Balığın dərisini soyub filesini qaba qoyun.
Süfrəyə zeytun yağı və limonla verin.

Duzda bişirilmiş balıq resepti - FOTO RESEPT

Duzda bişirilmiş balıq resepti - FOTO RESEPT

Duzda bişirilmiş balıq resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: yaxud, qoyun, içinə, əlavə, dəqiqə, qarışığının, döşəyin, yarısını, balığın, cəfəri, zeytun, təmizlənmiş, çıxarandan, Sobadan, bişirin, Süfrəyə, limonla, qalanını, verin, örtülsün
BİZİ İZLƏYİN