• Bef burginyon resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 715

Tarix : 6-08-2016, 10:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
1 kq sümüksüz dana əti
6 ortaboy kartof
1 iri yerkökü
1 iri baş soğan
4 diş sarımsaq
Provans otları
rozmarin, kəklikotu, dəfnə yarpağı, dənəvər istiot
duz
un
1 butulka qırmızı şirin şərab
şampinyon
marinə edilmiş "mirvari soğan" (hazırı satılır)

Hazırlanması:
Əti tərəfi 4 sm olan kubik doğrayın. Duz və provans otları vurun. Tərəvəzi hazırlayanadək ət marinə olacaq.

Yerkökünü iri, barmaq qalınlıqda uzunasına doğrayın. Soğanla sarımsağı da iri doğrayın. Hamısını ayrılıqda qovurub odadavamlı qaba yığın.

Bir parça cuna (yaxud ağ pambıq parça) götürüb rozmarin, kəklikotu, dəfnə yarpağı, dənəvər istiotu içinə qoyub bükün, ağzını bağlayın. Tərəvəzin üstünə qoyun.

Ət tikələrini una batırıb bitki yağında hərtərəfli qızardın. Əgər ət çox, tava balacadırsa, hissə-hissə qovurun. Çünki əks təqdirdə ət qızarmaq əvəzinə şirəsini buraxıb bişəcək.
Qızarmış əti tərəvəzin üzərindən düzün.

Qırmızı şərabı tökün. O, əti tam örtməlidir. 160 dərəcə qızdırılmış sobada 2,5-3 saat bişirin.

Bişməyə yarım saat qalmış kartofu təmizləyib yuyun, suda bişirin. Göbələyi qovurun.

Hazır xörəyi sobadan çıxarın. Otları bükdüyünüz parçanı götürün. Göbələyi əlavə edin. Süfrəyə bişmiş kartof və "mirvari soğan"la verin.

Bef burginyon resepti - FOTO RESEPT


Nuş olsun!
BİZİ İZLƏYİN