• Qırçınlı tort resepti

Reseptin məlumatları Baxış sayı: 12 740

Tarix : 5-08-2016, 22:00

Bölmə : Quru yeməklər / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
5 yumurta
5 x.q. süd
kahı yarpaqları

paştet:
2 toyuğun döş əti
yerkökü
soğan
duzlu xiyar
sarımsaq
mayonez
qara istiot

Hazırlanması:
1 yumurta və 1 x.q. südü çalın, azca duz vurub qızdırılmış və azca yağ vurulmuş tavada iki üzünü də qızardın. Bu qayda ilə 5 blinçik bişirin.

Toyuq ətini suda bişirin, xırda doğrayın. Yerkökünü doğrayıb qovurun. Soğanı da doğrayıb ayrılıqda qovurun. Toyuq əti, yerkökü, soğan, sarımsaq, mayonez, qara istiot və doğranmış duzlu xiyarı blenderdə qatı xama halına gələnədək xırdalayın.

Hər blinçikin üzərinə paştet çəkin, kahı yarpaqları düzün, layları təkrarlayın.

Süfrəyə verməzdən əvvəl azı yarım saat saxlayın.

Nuş olsun!
Etiketlər: qovurun, istiot, doğrayıb, yumurta, bişirin, Toyuq, sarımsaq, mayonez, paştet, yerkökü, soğan, yarpaqları, duzlu, xırdalayın, xiyarı, halına, blinçikin, blenderdə, gələnədək, təkrarlayın
BİZİ İZLƏYİN