• Gülçöhrə xörəyi resepti

Reseptin məlumatları Baxış sayı: 18 487

Tarix : 13-08-2014, 15:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
450 q toyuq əti (sümüklü də olar)
2 baş soğan (100 q)
5 diş sarımsaq
1 x.q. un
50 ml süd
4-5 x.q. xama
150-200 ml su və ya bulyon
göyərti
duz
istiot
0,5 ç.q. xmeli-suneli
1/3 ç.q. zirə
0,5 ç.q. şəkər tozu

Hazırlanması:
Toyuğu yuyub doğrayın. Soğanı yarımhalqa doğrayın, qızılı rəng alanadək qovurun.

Toyuğu ayrı qabda qızılı rəng alanadək qovurun.

Unu süddə qarışdırın, çalışın, lopa qalmasın.

Toyuğa unlu süd, xama, su (bulyon), duz, istiot, ədviyyat əlavə edib daha 5 dəqiqə bişirin. Soğan əlavə edin, tam hazır olanadək bişirin (qapağı bağlı).

İstənilən qarnirlə süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: doğrayın, Toyuğu, qızılı, alanadək, bişirin, əlavə, istiot, qovurun, bulyon, Soğan, hazır, toyuq, dəqiqə, ədviyyat, sümüklü, olanadək, bağlı, bilərsiniz, olsun, süfrəyə
BİZİ İZLƏYİN