• Toyuq börəyi resepti

Reseptin məlumatları Baxış sayı: 23 701

Tarix : 10-08-2016, 17:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Börəklər / Qəlyanaltılar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
Xəmir üçün:
2 stəkan un
1 stəkan ilıq su
1 stəkan zeytun yağı
Duz zövqə görə

İç üçün:
500 qr toyuğun döş əti
2 ədəd baş soğan
1 ədəd böyük pomidor
1 qaşıq tomat pastası
1 stəkan su
1 ədəd yumurtanın sarısı
Cəfəri
4 qaşıq zeytun yağı
Duz və istiot zövqə görə

Hazırlanması:
Bir tavaya doğranmış soğan, 4 qaşıq zeytun yağı tökülüb qovrulur. Ətlər xırda-xırda doğranır və soğanlara əlavə edilib suyu çəkilənədək qovrulur. Suyu çəkilmiş qovrulmuş ətin üzərinə doğranmış pomidor və tomat pastası əlavə edilərək biraz daha qovrulur. Bir stəkan su əlavə edilməklər ağzı qapalı şəkildə ət yaxşıca bişirilir. Qapaı açıq vəziyyətdə suyu çəkilir, üzərinə duz, cəfəri, istiot səpilir, qarışdırılır və soyumaq üçün kənara qoyulur. 4 stəkan ələnmiş una duz və bir qaşıq Zeytuna Riviera qatılaraq ilıq su ilə bərk xəmir yoğrulur. Üzərinə nəm bez örtərək 15 dəqiqə saxlanılır. Xəmir altı bərabər parçaya bölünür. Hər bir parça yemək boşqabı böyüklüyündə yayılır. Üzərinə zeytun yağı sürtülür. Yayılan hazır yuxanın ortasına içi qoyulur, boxça kimi dörd tərəfindən yığılaraq yağlanmış boşqaba düzülür. Üzərinə çalınmış yumurta sarısı sürtülərək bişirilir. Üzü qızarana qədər bişirilir, münasib parçalara kəsilərək süfrəyə verilir.

Nuş olsun!
Etiketlər: stəkan, qaşıq, zeytun, qovrulur, Üzərinə, bişirilir, əlavə, xırda, doğranmış, zövqə, üzərinə, Xəmir, istiot, qoyulur, tomat, pastası, pomidor, soğan, sarısı, böyüklüyündə
BİZİ İZLƏYİN