Tərkibi:10 ədəd dolmalıq bibər (qabıqları qalın olmasın)
4 ədəd orta böyüklükdə baş soğan
2-3 ədəd pomidor
2,5 stəkan su
1 çimdik darçın
Şüyüd, cəfəri, nanə
1/2 stəkan zeytun yağı
Duz və istiot zövqə görə
Hazırlanması:Düyü təmizlənir, 15-20 dəqiqə ilıq suda saxlanılır. Soğan kiçik-kiçik doğranılır, zeytun yağında qovrulur, düyü əlavə olunur, üzərinə duz, istiot qoyulur. Bir az bişdikdək sonra rəndələnmiş pomidor, bir stəkan qədər ilıq su əlavə olunur. Su çəkilənədən orta alovda qovrulur. Ocaqdan götürülənə yaxın şüyüd, cəfəri, nanə əlavə edilir, qapağı örtülür və bir müddət lənarda saxlanılır. Bibərlər oyulur, yuyulur, suyu pomidorla örtülür. Qazana düzülür, 2 stəkan ilıq su əlavə olunur. Orta alovda 30-35 dəqiqə bişirilir. İlıq ya da soyuq halda masaya təqdim edilir.
Nuş olsun!
Etiketlər: əlavə, stəkan, olunur, zeytun, cəfəri, istiot, örtülür, dəqiqə, kiçik, qovrulur, alovda, pomidor, saxlanılır, edilir, müddət, götürülənə, yaxın, şüyüd, Ocaqdan, qapağı