• Badımcandan pizza resepti

Reseptin məlumatları Baxış sayı: 11 162

Tarix : 13-08-2016, 21:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 ədəd badımcan,
3 ədəd pomidor,
100 qr rəndələnmiş holland pendiri,
2 diş sarımsaq,
təzə və ya quru fəsləyən (ağ reyhan),
istiot,
duz,
zeytun yağı.

Hazırlanması:
İlk növbədə badımcanları yuyun və bir qabda duzlu su hazırlayın. Badımcanları bir barmaq qalınlığında kəsib hazırladığınız duzlu suya qoyun, bir az duzlu suda qalsın. Daha sonra badımcanları sudan çıxarın və badımcanları sıxın ki, acılığı çıxsın.

Fırçanın köməyi ilə badımcanların hər iki tərəfini zeytun yağı ilə yağlayın və soba qabına yığın. Əvvəlcədən 180 dərəcə qızdırdığınız sobada 15-20 dəqiqə bişirin. Badımcanlar sobada bişdiyi müddət bir az yağda kiçik-kiçik doğradığınız sarımsaqları və daha sonra isə kubik şəklində doğradığınız pomidorları da biraz qovurun. Qovurduqdan sonra altını söndürün və içərisinə doğranmış fəsləyəni və rəndələnmiş holland pendirini əlavə edin və qarışdırın.

Bu qarışımı soba qabında olan badımcanların üstünə paylayın. 180 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişdikdən sonra pizzanız hazır olacaq.

Nuş olsun!
Etiketlər: sonra, duzlu, badımcanları, sobada, badımcanların, dəqiqə, zeytun, doğradığınız, kiçik, rəndələnmiş, dərəcə, holland, müddət, pomidorları, biraz, qovurun, bişirin, şəklində, kubik, Badımcanlar
BİZİ İZLƏYİN