• Sobada akkordion kartof resepti

Reseptin məlumatları Baxış sayı: 13 156

Tarix : 16-08-2016, 16:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 ədəd orta ölçülü kartof (sayını istədiyiniz qədər edə bilərsiniz)
Bir neçə dilim sarımsaq
2 xörək qaşığı qədər zeytun yağı
Duz, qara istiot
Yaşıl soğan
Bir qədər rozmarin və kəklikotu

Hazırlanması:
İlk olaraq sobanı təxminən 10 dəqiqə ərzində 250 dərəcədə isidin. Yaşıl soğan və sarımsağı çox xırda şəkildə doğrayın. Bir qədər duzlayıb duru yağla qarışdırın. Daha sonra kartofu yaxşı yuyun (kartofu seçərkən diqqət edin ki, üzərində qara nöqtələr olmasın) və qurulayın. Şəkildə göründüyü kimi incə şəkildə elə doğrayın ki, alt hissəsi kəsilməsin.

Hazırladığınız yağla kartof kəsiklərinin arasını və üzərini ehtiyatla sürtün. Kəsik aralarına rozmarin və kəklikotunun yarpaqlarını düzün, yarpaq əvəzində xırdalanmış toz rozmarin və kəklikotundan da istifadə edə bilərsiniz.

Beləliklə, kartof artıq sobaya qoyulmağa hazırdır :)

Akkardeon kartof 200 dərəcədə, 30-60 dəqiqə arası bişməlidir (kartofdan asılı olaraq vaxt dəyişir). Artıq bişdikdə və üzəri qızardıqda sobadan götürə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qədər, kartof, rozmarin, bilərsiniz, olaraq, doğrayın, yağla, dəqiqə, dərəcədə, Yaşıl, kartofu, şəkildə, soğan, ehtiyatla, kəklikotundan, istifadə, üzərini, Beləliklə, arasını, sürtün
BİZİ İZLƏYİN