• Holland ruleti resepti

Reseptin məlumatları Baxış sayı: 12 760

Tarix : 11-10-2017, 18:00

Bölmə : Quru yeməklər / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
hazır qat-qat xəmir
vetçina (kolbasa, yaxud digər ət götürmək olar)
pomidor (bolqar bibəri ilə əvəz etmək, yaxud da sadəcə bibər də əlavə etmək olar)
marinə edilmiş xiyar
pendir
xardal
yumurta
ədviyyat və göyərti: qara istiot, oreqano, mərzə (mayoran), reyhan

Hazırlanması:
Xəmiri yayıb üzərinə xardal çəkin.

Pendiri sürtgəcdən keçirin. Pomidor, vetçina, xiyarı xırda kubik doğrayın.

İçi xəmirin ortasında uzun şərid formasında döşəyin - əvvəlcə pendiri, sonra qalan ərzağı, axırda yenə pendiri. İstiot, ədviyyat və göyərti qarışığını səpin.

Rulet kimi büküb formaya qoyun.

Üzərinə yumurta çəkib ədviyyat və doğranmış göyərti səpin.

Hazır olanadək bişirin.

Nuş olsun!
Etiketlər: göyərti, ədviyyat, pendiri, səpin, yumurta, xardal, etmək, yaxud, vetçina, sonra, qalan, kubik, xırda, ərzağı, doğrayın, formasında, şərid, xəmirin, döşəyin, əvvəlcə
BİZİ İZLƏYİN