• Sobada gülkələmi qızartması resepti

Reseptin məlumatları Baxış sayı: 11 271

Tarix : 19-08-2016, 22:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 gülkələmi
1 x.q. bitki yağı
300 ml qatıq
1 laym, yaxud limonun şirəsi
2 x.q. çili tozu
1 x.q. cirə
1 x.q. əzilmiş sarımsaq
1 ç.q. karri tozu
1 ç.q. qara istiot
2 ç.q. duz

Hazırlanması:
Sobanı 200 dərəcə qızdırın.

Formanı yağlayın.

Kələmi tərtəmiz yuyun, yaşıl yarpaqlarını ayırın.

Qatığa limon şirəsi, çili tozu, cirə, sarımsaq, karri, duz və istiot qatıb qarışdırın.

Kələmi hərtərəfli bu marinada batırın. Formaya qoyub 30-40 dəqiqə bişirin.

10 dəqiqə soyudun. Boşqaba kahı yarpaqları düzüb kələmi üzərinə qoyun.

Nuş olsun!
Etiketlər: istiot, şirəsi, karri, Kələmi, sarımsaq, dəqiqə, Formaya, qoyub, batırın, qatıb, qarışdırın, hərtərəfli, marinada, Boşqaba, kələmi, üzərinə, qoyun, düzüb, yarpaqları, soyudun
BİZİ İZLƏYİN