• Sitrus ətirli kartof resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 12 339

Tarix : 31-10-2017, 18:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Tərkibi:
3-4 orta ölçülü kartof
50-70 q kərə yağı
bitki yağı
portağal
3 x.q. şəkər tozu
duz
paprika
istiot
Provans otları

Hazırlanması:
Kartofu təmizləyin. Hər birini ortadan bölün. Bu yarım kartofları 0,4-0,5 sm qalınlıqda dilimlərə bölün, amma dibinə 0,5 sm qalmış kəsməyi dayandırın (qarmon dilimi kimi).

Formanı bitki yağı ilə yağlayın. Kartofları düz hissələri altda olmaqla içinə düzün.

Kərə yağını qızdırıb bol-bol kartofların üzərinə çəkin, 180 dərəcə qızdırılmış sobada bişirin. Yarım saat bişməlidir. Bu müddətdə formada yaranan qaynar yağı kartofun üzərinə müntəzəm olaraq tökmək lazımdır.

Sobaya qoyduqdan 10 dəqiqə sonra kartofu duzlayın, Provans otları, istiot səpin, yenidən sobaya qoyun.

Və dərhal qlazuru hazırlayın: bir portağalın şirəsini sıxın, sedrasını çıxarın (1 ç.q. gərəkdir). Sedra ilə şirəni qarışdırın, 3 x.q. şəkər tozu əlavə edin. Orta itilikli odda 5-7 dəqiqə, şərbət qatılaşınca bişirin.

Kartofun üzərinə qlazuru çəkin, daha 10-15 dəqiqə bişirin (ümumi bişmə müddəti 30 dəqiqə olmalıdır).

Hazır kartofun üzərinə paprika səpin. Süfrəyə verəndə üzərinə göyərti səpin.

Sitrus ətirli kartof resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: üzərinə, dəqiqə, bişirin, səpin, çəkin, qlazuru, otları, bölün, kartofun, paprika, istiot, Provans, bitki, şəkər, sobaya, dərhal, portağalın, hazırlayın, tökmək, qoyun
BİZİ İZLƏYİN