• Toyuq və spagetti ilə zapekanka resepti

Reseptin məlumatları Baxış sayı: 15 109

Tarix : 25-08-2016, 14:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Makaron yeməkləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 toyuq
450 q spagetti
375 q bərk pendir
100 q bolqar bibəri
100 q şampinyon
1 çimdik çili istiotu
qara istiot
50 q soğan
1 ç.q. duz

Hazırlanması:
İri qazanı su ilə doldurub ocağın üzərinə qoyun. Qaynara düşəndə 8 hissəyə bölünmüş toyuğu içinə salın. Bir neçə dəqiqə iti odda bişirin, sonra ocağı azaldıb vam odda 30-45 dəqiqə bişirin.
Toyuğu sudan çıxarın, 2 st. bulyon ayırıb bir kənara qoyun.
Toyuq soyuyandan sonra bütün dərisini soyub sümüklərini çıxarın.
Toyuq bulyonunda spagettini yarımbişmiş hala gələnədək qaynadın.
Spagettini toyuq, 250 q pendir, doğranmış bolqar bibəri ilə qarışdırın. Duz-istiot vurun. Doğranmış göbələklə soğanı əlavə edin. Toyuq bulyonu da əlavə edib qarışdırın. Odadavamlı qaba yığıb üzərinə pendirin qalanını sürtgəcdən keçirin.
Təxminən 45 dəqiqə bişirin. Əgər pendir bu müddət ərzində tez qızarıb yanmağa başlasa, üzərinə folqa çəkin.

Nuş olsun!
Etiketlər: dəqiqə, bişirin, üzərinə, Toyuq, pendir, qoyun, sonra, qarışdırın, çıxarın, əlavə, toyuq, bolqar, istiot, bibəri, soğanı, gələnədək, yarımbişmiş, göbələklə, qaynadın, Spagettini
BİZİ İZLƏYİN