• Göbələk və kərə yağlı Penne rigate resepti

Reseptin məlumatları Baxış sayı: 11 502

Tarix : 26-08-2016, 20:00

Bölmə : Quru yeməklər / Makaron yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : Yox


Tərkibi:
»»200 qr şampinyon
»»250 qr Penne Rigate pastası
»»Sürtgəcdən keçirilmiş parmezan
»»Təzə rozmarin
»»Sarımsaq (yarım diş)
»»100 qr kərə yağı
»»Tərəvəz bulyonu
»»Duz
»»Üyüdülmüş qara bibər
»»Zeytun yağı

Hazırlanması:
Əvvəlcə göbələkləri hazırlamaq.
Şampinyonları təmizləmək, yaxşı yumaq, uzununa nazik doğramaq.
Yarıhazır hala kimi zeytun yağında qızartmaq. Bu, təxminən 10 dəqiqə çəkir.
Təzə rozmarini xırda-xırda doğramaq.
İsidilmiş tavaya zeytun yağı tökmək.
Penne Rigate üçün lazım olacaq suyu qaynamağa qoymaq.
Bölünmüş sarımsağı yağa əlavə etmək. Bir qədər qızartmaq.
Sonra göbələk əlavə etmək və yarıhazır hala qədər qızartmaq. Bu, orta odda təxminən 10 dəqiqə çəkir.
Su qaynadıqdan sonra Penne rigate Saville pastasını, paçkada göstərildiyindən 1-2 dəqiqə az qaynatmaq.
Göbələklərə yarımçömçə tərəvəz bulyonu əlavə etmək. Tərəvəz bulyonu yoxdursa, onu ət bulyonu ilə əvəz etmək olar.
Bulyonun buxarlansı üçün onu göbələklər ilə bir tavada 3 dəqiqə qaynatmaq. Sonra kərə yağı əlavə etmək və daha 2 dəqiqə gözləmək.
Qarışdırmaq, qalan bulyonu az-az üzərinə əlavə etmək. 5 dəqiqə gözləmək.
Su və istiot zövgə görə əlavə etmək.
Pastanın suyunu süzmək, özünü isə hazır göbələklərə əlavə edib 2 dəqiqə qızartmaq.
Elə tavada olarkən sürtkəcdən keçirilmiş parmezan əlavə edib qarışdırmaq.

Nuş olsun!
Etiketlər: əlavə, etmək, dəqiqə, bulyonu, qızartmaq, Penne, təxminən, doğramaq, tavada, çəkir, qədər, xırda, zeytun, Sonra, Rigate, qaynatmaq, keçirilmiş, gözləmək, parmezan, Göbələklərə
BİZİ İZLƏYİN