• Badımcanlı tərəvəz sousu ilə Pipe Rigate pastası resepti

Reseptin məlumatları Baxış sayı: 12 166

Tarix : 31-08-2016, 12:00

Bölmə : Quru yeməklər / Makaron yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : Yox


Tərkibi:
»»1 kq yarı bölünmüş cherry pomidorları
»»16 diş təmizlənmiş sarımsaq
»»8 xörək qaşığı zeytun yağı
»»¼ çay qaşığı üyüdülmüş çili istiotu
»»½ çay qaşığı duz
»»¼ çay qaşığı qara istiot
»»500 qr Saville pipe rigate pastası
»»1 ovuc narın doğranmış reyhan yarpaqları

Hazırlanması:
Sobanı 200°C dərəcəyədək isitmək.
Pomidor və sarımsaq dişlərini sobanın sinisinə yerləşdirmək.
Zeytun yağı, çili istiotu, duz və qara istiot əlavə etmək.
Sarımsağı yumşaq və qızılı rəng alanadək 25 dəqiqə qızartmaq.
Eyni zamanda pastanı böyük qazanda duzlu suda “al-dente” halınadək qaynatmaq.
Qurutmaq.
Pastanı pomidor və sarımsaq ilə birgə isti qazana yenidən yerləşdirmək.
Suyunu süzüb üzərinə reyhan atmaq.
Dərhal süfrəyə vermək.

Nuş olsun!
Etiketlər: qaşığı, sarımsaq, yerləşdirmək, istiotu, istiot, reyhan, qazanda, duzlu, halınadək, dente”, böyük, zamanda, alanadək, qızılı, dəqiqə, qızartmaq, qaynatmaq, pastanı, pomidor, atmaq
BİZİ İZLƏYİN