• Pipe Rigate pastası qızardılmış pomidor ilə resepti

Reseptin məlumatları Baxış sayı: 11 559

Tarix : 1-09-2016, 14:00

Bölmə : Quru yeməklər / Makaron yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : Yox


Tərkibi:
»»6 ədəd yetişmiş, yarıdan bölünmüş pomidor
»»2 diş əzilmiş sarımsaq
»»¼ çay qaşığı üyüdülmüş Çili istiotu
»»½ çay qaşığı qurudulmuş kəklikotu, qara istiot
»»3 xörək qaşığı zeytun yağı
»»2 xörək qaşığı sirkə
»»500 qr qurudulmuş Pasta
»»2 xörək qaşığı sürtgəcdən keçirilmiş parmezan

Hazırlanması:
Sobanı 150°C dərəcəyədək isitmək.
Yarı dan bölünmüş pomidorları üzüyuxarı sobaya yerləşdirmək.
Sarımsaq, çili istiotu, kəklikotu, duz və istiot əlavə etmək.
Yumşaq olanadək saatyarım qızartmaq.
Eyni zamanda böyük qazanda duzlu suda Pastanı “al-dente” halınadək qaynatmaq.
Qurutmaq. Pasta quruyandan sonra onu isti tavaya qoymaq, üzərinə parmezan səpmək və 1-2 xörək qaşığı zeytun yağı əlavə etmək.
Pomidorları Pastanın üzərinə yığmaq.
Dərhal süfrəyə parmezanla birgə vermək

Nuş olsun!
Etiketlər: qaşığı, xörək, kəklikotu, zeytun, əlavə, üzərinə, parmezan, Pasta, qurudulmuş, istiot, bölünmüş, etmək, istiotu, böyük, Qurutmaq, quruyandan, qaynatmaq, qazanda, sonra, Pastanı
BİZİ İZLƏYİN