Tərkibi:»»60 qr kərə yağı
»»3 xörək qaşığı zeytun yağı
»»8 diş sarımsaq
»»500 qr narın doğranmış baş soğan
»»1 çay qaşığı şəkər
»»Duz
»»8 xörək qaşığı ağ turş şərab
»»175 ml qaymaq
»»Qara istiot
»»500 qr Pasta
»»4 xörək qaşığı parmezan
Hazırlanması:Kərə və zeytun yağını dərin tavada aşağı odda əritmək.
Sarımsaq, 1 baş doğranmış soğan, şəkər və 1 çay qaşığı duz əlavə etmək.
Qapağı bağlamaq və hərdən qarışdıraraq yumşaq olanadək 30 dəqiqə bişirmək.
Həddindən artıq qızarmasın deyə 1 və ya 2 xörək qaşığı isti su əlavə etmək.
Qapağı açmaq və odu orta səviyyəyə qədər yüksəltmək.
Çaxır əlavə etmək və buxarlalanadək 2 dəqiqə qaynatmaq.
Qaymağı mikser ilə çalmaq və isti odda qatılaşanadək 1-2 dəqiqə qaynatmaq.
Duz və istiot əlavə etmək (zövqə görə).
Eyni zamanda pastanı böyük qazanda duzlu suda “al-dente” halınadək qaynatmaq.
Suyunu süzüb qurutmaq və pastanı parmezan ilə isti sousa əlavə etmək.
Dərhal süfrəyə üzərinə parmezan səpib vermək.
Nuş olsun!
Etiketlər: qaşığı, etmək, əlavə, xörək, qaynatmaq, parmezan, dəqiqə, istiot, »»500, doğranmış, pastanı, zeytun, Qapağı, soğan, şəkər, zamanda, böyük, zövqə, mikser, Çaxır